Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabı (CƏH) 2027-ci ilə kimi profisitli olacaq.
Reytinq agentliyi Azərbaycanda dolların məzənnəsi barədə - PROQNOZUNU AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında bildirilib.
S&P bu il üzrə CƏH-in profisiti üzrə proqnozunu 10,3%-dən 6,9%-ə, 2025-ci ildə 6,9%-dən 2,7%-ə, 2026-cı ildə 5,7%-dən 1,2%-ə endirib.
Reytinq agentliyi 2027-ci il üzrə isə əvvəlki 4,6%-lik profisit proqnozunu 0,2%-lik defisitlə əvəzləyib.
Reytinq agentliyi həmçinin, ticarət balansının ÜDM-ə nisbəti üzrə proqnozunu bu il üzrə 17%-dən 13,6%-ə, 2025-ci il üzrə 14,3%-dən 9,4%-ə, 2026-cı il üzrə 13,2%-dən 7,8%-ə, 2027-ci ildə isə 12,2%-dən 6,3%-ə endirib.
Qeyd edək ki, AMB sədri Taleh Kazımov bu noyabrın 1-də keçirdiyi mətbuat konfransında 2024-cü ilin sonuna CƏH-in profisitinin 5,3 mlrd. dollar, 2025-ci ildə isə 5,5 mlrd. dollar səviyyəsinə olacağını açıqlayıb. (Apa)