Xarici təzyiqlərin artmasına baxmayaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) toplanmış xarici aktivlərlə möhkəmlənən ölkənin güclü xarici balansı əsas reytinq gücü olaraq qalacaq.
Eləcə də bax: "S&P": Qarşıdakı 4 ildə Azərbaycanda işsizlik səviyyəsi dəyişməyəcək
FED.az bu barədə "S&P" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.
Reytinq agentliyinin qiymətləndirməsinə əsasən, ölkənin xarici likvid aktivləri 2020-ci ildə xarici borcları üstələyəcək və 2023-cü ilədək sabit qalacaq.
Agentlik Azərbaycanın real ÜDM-in 2021-ci ildə təxminən 3% artımdan əvvəl 2020-ci ildə 6,9% azalacağını proqnozlaşdırır. (Apa)