Bu il Azərbaycanda real ümumi daxili məhsul (ÜDM) 6,9%, gələn il isə 2,9% artacaq.
Eləcə də bax: Azərbaycanda bu il inflyasiya 1,8%-dək yavaşlayacaq - PROQNOZ
FED.az xəbər verir ki, bu barədə “Standard & Poor’s” ("S&P") beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə hesabatında bildirilir.
Sənədə əsasən, bu rəqəm 2022-ci ildə 5%-ə, 2023-cü ildə isə 3%-ə bərabər olacaq.
"S&P" hesab edir ki, 2020-2023-cü illərdə Azərbaycanda işsizlik səviyyəsi dəyişməyərək 4,9% qalacaq.
Bundan başqa, real ixracın 2020-ci ildə14,2%, 2021-ci ildə 2,4%, 2022-ci ildə 8%, 2023-cü ilsə isə 2,8% artacağı gözlənilir.
"Bundan əlavə hər kapitala düşən real ÜDM-in artım tempi 2020-ci ildə 7,7%, 2021-ci ildə 2,1%, 2022-ci ildə 4,1% və 2022-ci ildə isə 2,2% təşkil edəcək" - deyə agentlik bəyan edi. (Report)