Sosial sığorta yığımlarının Vergilər Nazirliyi tərəfindən aparılması ölkədə biznes mühitinin yaxşılaşmasına və inzibatçılığın yüksəldilməsinə yönəlib.
FED.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, məqsəd odur ki, Azərbaycanda sahibkarlar məhz bir quruma hesabat təqdim etsin və ödənişlər, eləcə də, yoxlamalar bir qurum tərəfindən həyata keçirilsin.
“Bu, inzibatçılığın təkmilləşdirilməsi baxımından böyük bir addımdır. Sırf proses olaraq qeyd edə bilərik ki, əvvəlki dövrlərdə olduğu kimi, hesabatlar doldurulacaq, amma Vergilər Nazirliyinə təqdim ediləcək, ödənişlər isə Dövlət Sosial Müdafiə Fonduna olunacaq. Ödənişini normal şəkildə edən vətəndaşlarımız üçün dəyişən bir şey yoxdur, sadəcə, inzibatçılıq sadələşib.
Eləcə də bax: Kiçik səhmdarlara pis xəbər - MƏCƏLLƏYƏ DƏYİŞİKLİK EDİLİB
Bu sahədə yoxlamaları da Vergilər Nazirliyi həyata keçirəcək. Yığımlara nəzarət funksiyası Vergilər Nazirliyində qalacaq, lakin fərdi uçot, sosial sığorta siyasəti isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qalacaq”.