Sahibkarlığın İnkişafı Fondu (SİF) və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.
Ötən il sahibkarlara 248,1 milyon manat güzəştli kredit verilıb - ƏN ÇOX KREDİT VERƏN BANKLAR - SİYAHI
FED.az xəbər verir ki, onlayn görüşdə SİF-in güzəştli kredit mexanizmi ilə bağlı 2025-ci il üzrə müəyyənləşdirilmiş prioritet istiqamətlər açıqlanıb.
Həmçinin “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” proqramı çərçivəsində təqdim edilən zəmanət-subsidiya mexanizmi ilə bağlı mövcud vəziyyət müzakirə edilib.
Bununla yanaşı, SİF-in müvəkkil kredit təşkilatları ilə əməkdaşlığına dair ötən ilin nəticələri diqqətə çatdırılıb, tövsiyələr təqdim edilib.