Sahibkarlığın İnkişafı Fondu (SİF) 2024-cü ildə verilmiş güzəştli kredit sayı və məbləğinin müvəkkil kredit təşkilatları üzrə bölgüsünü açıqlayıb.
Sahibkarlığın İnkişafı Fondu maliyyələşdirməni 28 % artırıb
FED.az xəbər evrir ki, 2024-cü il ərzində SİF tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 5722 layihənin maliyyələşdirilməsinə 248,1 milyon manat güzəştli kredit verilib.
Ötən il ərzində sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "AccessBank" QSC, "Yelo Bank" ASC və "Aqrarkredit" QSC fərqlənib.
Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "AccessBank" QSC, "Kapital Bank" ASC və "Yelo Bank" ASC daxildir.
Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.