“Bu il Azərbaycan səyyar vergi yoxlamaları ötən illə müqayisədə 3 dəfə az olub”.
FED.az xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
“Nazirlik vergi ödəyicilərini narahat etmək istəmir. 2018-ci ildə cəmi 1 500 səyyar vergi yoxlaması aparılıb. Bu isə 2017-ci ilə nisbətən 3 dəfə azdır və hər 300 vergi ödəyicisindən birinin yoxlanması deməkdir”, - deyə o, qeyd edib.
Eləcə də bax: "Vergidən yayınanlar barədə xəbər verənlərə mükafatlar veriləcək"