“Azərbaycan vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı məlumatların verilməsi zamanı hər hansı mükafatlandırma mexanizmləri yoxdur”.
ELƏCƏ DƏ BAX: Nazirlikdən “Vergi xəbərçiləri” - AÇIQLAMASI
S.Musayevanın sözlərinə görə, belə bir mexanizm dünya təcrübəsində mövcuddur: "Hazırda da əgər vergi yayınması ilə bağlı mənbəyi bəlli məlumat daxil olarsa, vergi orqanları tərəfindən dərhal yerində yoxlamalar aparılır. Amma bunun üçün mükafatlandırılma mexanizmi yoxdur və mövcud qanunvericiliyə dəyişikliklərdə də nəzərdə tutulmur".
Eləcə də bax: Azərbaycanda vergi xəbərçiləri olacaqmı? – ARAŞDIRMA
Qeyd edək ki, vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma (“Whistleblow”) mexanizmi beynəlxalq təcrübədə geniş tətbiq olunur. “Whistleblow” (fit verən) pozuntular barədə dövlət qurumlarına və ya ictimaiyyətə məlumat vermə deməkdir. “Whistleblower” isə pozuntu barədə məlumat verən şəxs deməkdir. Bu şəxslər həm də “İnformator” adlanırlar.
Eləcə də bax: "Dövlət rüsumu haqqında” qanun - DƏYİŞDİRİLİR