Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Cedan çərşənbə günü bildirib ki, Səudiyyə Ərəbistanı bir neçə gün ərzində Türkiyə Cümhuriyyətinin Mərkəzi Bankına (TCMB) 5 milyard dollar depozit qoyacaq.
ARDNF bu il Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi depozitin müddətini - UZADIB
FED.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
"Tezliklə bu əməliyyat baş tutacaq. Qərar iki ölkə arasında qəbul edilib. Türkiyə ilə əlaqələrimizdə böyük inkişaf var. Biz Türkiyə və digər ölkələrə investisiya imkanlarını qiymətləndiririk", - nazir jurnalistlərə deyib. (Marja)