"Azərbaycanda dövlət büdcəsi xərclərini artırarkən ehtiyatlı olmalıyıq".
FED.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.
"Yüksək inflyasiya şəraitinda xərclərin artırlması qiymət artımına daha da sürətləndirə, inflyasiya spiralına səbəb ola bilər", - deyə o, qeyd edib.
Bundan başqa, nazirin sözlərinə görə, 2023-cü il büdcəsi hazırlanarkən iqtisadi artım 4,5%, o cümlədən qeyri-neft sektorunda iqtisadi artım 4,6% səviyyəsində nəzərə alınıb. İllik inflyasiya isə 6,3%-dən götürülüb. (Report)