2020-ci ilin iyun ayından bu il sentyabrın 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 milyon manat olan 2630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291,8 milyon manat zəmanət verilib.
Eləcə də bax: Sahibkarlara ödənilən faiz subsidiyasının həcmi - AÇIQLANIB
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 34,3 milyon manat subsidiya ödənilib.