1 sentyabr 2022-ci il tarixinə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə kredit qalığı 850,3 mln. manat olan 5.023 müraciət üzrə 69,4 mln. manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, 5.005 kredit üzrə sahibkarlara 65,9 mln. manat faiz subsidiyası ödənişi həyata keçirilib.