Azərbaycan sahibkarlarının əksəriyyəti islam maliyyəsi barədə məlumatlı deyillər.
Azərbaycanda hər 5 sahibkardan 1-i pul lazım olanda - DOST-TANIŞDAN ALIR - ARAŞDIRMA
FED.az xəbər verir ki bu barədə bu gün Bakıda keçirilən “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda Konfransda İqtisadi resursların öyrənilməsi İctimai Birliyinin apardığı araşdırmanın nəticələri açıqlanarkən bildirilib.
Araşdırma göstərib ki, sorğu keçirilən sahibkarların cəmi 3%i islam bankçılığı və onun xüsusiyyətləri barədə tam məlumatlıdırlar. Sahibkarların 34%-i bu barədə qismən məlumatlıdır. 61% isə ümumiyyətlə islam bankçılığından xəbərsizdir.
Qadın sahibkarlarla müqayisədə kişi sahibkarlar islam bankçılığından daha məlumatlıdırlar. Belə ki, qadınsahibkarların 73%-i bu barədə məlumatsızdır.
Araşdırma göstərib ki, iri şirkətlər islam bankçılığı mövzusunda daha məlumatlıdır. Belə ki, məlumatsızlıq həddi iri şirkətlərdə 40%, orta şirkətlərdə 46%, kiçik müəsssələrdə 57%, mikro sahibkarlarda isə 64% təşkil edir.
Ən maraqlı nəticələr sorğunun regionlar üzrə nəticələrində qeydə alınıb.
Araşdırma göstərib ki, bəzi regionlar islam bankçılığından daha məluatlıdırlar. Belə ki, Bakı və Lənkəran bölgələrində əhalinin 44%-i islam bankçılığından daha məlumatlıdırlar. Ən az məlumatlılıq isə Mingəçevirdədir – 16%. Ümumilikdə ölkə üzrə islam bankçılığından məlumatlılıq səviyyəsi 33% təşkil edir.