Azərbaycanda kiçik və orta sahibkarların əsas maliyyələşmə mənbəyi banklar və bank olmayan kredit təşkilatları BOKT-lardır.
Azərbaycanda islam bankçılığı tətbiq ediləcək – QANUNLARA DƏYİŞİKLİK GÖZLƏNİLİR
FED.az xəbər verir ki bu barədə bu gün Bakıda keçirilən “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda Konfransda İqtisadi resursların öyrənilməsi İctimai Birliyinin apardığı araşdırmanın nəticələri açıqlanarkən bildirilib.
Tədqiqat göstərib ki, hazırda bank sektoru sahibkarların əsas maliyyələşmə mənbəyidir – sorğunun nəticələrinə görə, sahibkarların 45%-i pul cəlb etmək üçün banklara və BOKT-lara müraciət edirlər.
İş adamlarının 3-də biri, yəni 34% i kənardan vəsait cəlb etmirlər.
19,5%, yəni hər 5 sahibkardan 1-i isə isə tələb olunan vəsaiti dost-tanışlardan cəlb edirlər.
Təqribən 6% sahibkar tələb olunan vəsaitləri şəriklərdən, 5,2% investorlardan, 4% sahibkar isə dövlət fondlarından cəlb edir.
Sahibkarlardan 1,4%-i lazım olan vəsaiti lombrdlardan, 0,3%-i isə vençur fondlarından cəlb edir.
2,3% sahibkar isə biznes zamanı tələb olunan vəsaitləri digər mənbələrdən cəlb edirlər.