Azərbaycanın vergi sistemində gələn ildən baş verəcək mühum yeniliklərdən biri sədələşdirilmiş vergi ilə bağlı olacaq. FED.az xəbər verir ki, hökumətin 2019-cu ilin dövlət büdcəsi və büdcə-vergi siyasətinin əsas istiqamətlərinə görə, sadələşdirilmiş verginin dərəcəsinin azaldılması gözlənilir. Eyni zamanda bu vergi ödəyicisi olmaq üçün tələblər də sərtləşəcək.
ELƏCƏ DƏ BAX: Kartla ödəniş daha sərfəli olacaq – VERGİDƏ YENİLİK
Belə ki, ölkə üzrə vahid sadələşdirilmiş vergi dərəcəsi tətbiq ediləcək və bu 2% olacaq. Xatırladaq ki, indiyədək sadələşdirilmiş vergi iki dərəcə ilə tətbiq edilirdi – Bakıda 4%, bölgələrdə 2%. İndi isə bu rəqəm bütün ölkə ərazisində 2% olacaq.
ELƏCƏ DƏ BAX: DSMF-yə ödənişlər dəyişdirilir - DAHA BİR YENİLİK
Əvəzində sadələşdirilmiş vergi ödəyicisi olmaq çətinləşəcək. Plana görə, əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin tədricən genişləndirilməsi nəzərdə tutulur. Bunlar topdansatış ticarət, lisenziya tələb olunan fəaliyyətləri, işçi sayı 3 nəfərdən çox olan istehsal fəaliyyəti və s.-dir. Yəni bu fəaliyyətlərlə məşğul olanlar ƏDV ödəyicisi olacaqlar.
Eləcə də bu sahədə mövcud olan vergi güzəştlərinin azaldılması üçün tədbirlər görüləcək.