Azərbaycanda vergi sahəsində tətbiq edilməsi gözlənilən maraqlı yeniliklərdən biri nağdsız, yəni kartla ödənişlərlə bağlıdır. FED.az xəbər verir ki, bu yeniliklər hökumətin açıqladığı 2019-cu ilin dövlət büdcəsi və büdcə-vergi siyasətinin əsas istiqamətlərində nəzərdə tutulur. Yeniliyə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması üçün pərakəndə ticarət və ictimai iaşədə (restoranlarda) nağdsız ödənişlər üzrə (POS-terminal vasitəsilə) sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri veriləcək. Yəni kartla ödənilən məbləğdən daha az vergi tutulacaq.
ELƏCƏ DƏ BAX: Sadələşdirilmiş vergi 2% olacaq, amma… - YENİ TƏLƏB
Bundan başqa, pərakəndə ticarətdə nağdsız qaydada alınan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) müəyyən hissəsinin müştərilərə geri qaytarılması nəzərdə tutulur.
Burada məqsəd real dövriyyənin müəyyən olunmasıdır, amma bu yenilik neft və qaz məhsulllarının (məsələn, benzinin və ya təbii qazın) satışlarına aid olmayacaq.