Təhsil Nazirliyinin tabeliyində olan Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinə yeni təyinat olub.
Eləcə də bax: Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis - TƏYİN EDİLİB - FOTO
FED.az Banker.az-a istinadən xəbər verir ki, Tahir Xələfov Fondun İdarə Heyətinin sədr müavini təyin edilib.
T.Xələfov uzun illər bank sektorunda çalışıb.
O, indiyə qədər “Rabitəbank” ASC, “Ata Bank” ASC-də müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli fərmanı ilə Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.
Fondun öz vəsaiti hesabına tələbələrə təhsil tələbə kreditinin verilməsinə dair tələbləri, təhsil tələbə kreditinin verilməsi prosedurunu, təhsil tələbə krediti üzrə hüquqların əldə olunmasını və kreditin qaytarılmasını, habelə təhsil tələbə krediti ilə bağlı digər məsələləri tənzimləyir.
Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub. Qanunvericilik çərçivəsində nizamnamə kapitalına əlavə vəsait cəlb oluna bilər.