Son 5 ildə Azərbaycanda nağdsız ödənişlərin həcmi 10 dəfəyə yaxın artıb.
Azərbaycanda internet bankçılıq üzrə əməliyyatların həcmi - 26% ARTIB
FED.az xəbər verir ki, bunu Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov Bakıda keçirilən Fintex Sammitində deyib.
Onun sözlərinə görə, son 4 ildə bir POS-terminal üzrə ödənişlər 4 dəfə artaraq təxminən 10 min manata çatıb: “Bu, sektorda getdikcə dəyişən müştəri davranışlarını və bununla bağlı tələbləri fintexlərin qarşısına yeni hədəflər gətirir".
O qeyd edib ki, Azərbaycanda ötən dövr daha çox lisenziyalaşma və qanunvericiliyin təkmilləşdirilməsi, ödəniş sistemləri haqqında qanunun qəbulu, eləcə də müxtəlif prosedur və qaydaların qəbulu ilə xarakterik olub: “Ötən dövrü sektor oyunçuları özlərinin nizamnamə kapitalı və qanunvericiliyin digər tələblərini həyata keçirməyə sərf ediblər.” (Report)