2024-cü ilin fevral ayı ərzində Azərbaycanda internet bankçılıq üzrə 20 milyard 682 milyon manat həcmində 1 milyon 687 min əməliyyat aparılıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, əməliyyatlar son bir ildə məbləğ ifadəsində 4 milyard 290 milyon manat (26,2%), say ifadəsində 10 min ədəd (0,6%) artıb.
2023-ci ilin eyni dövründə 16 milyard 392 milyon manatlıq 1 milyon 677 min əməliyyat aparılmışdı.
İnternet bankçılıq üzrə 1 əməliyyatın orta hesabla həcmi 12 min 260 manat, əvvəlki ilin eyni dövründə isə 9 min 774 manat təşkil edib (Son bir ildə 2 485 manat və ya 24,5% artım).