Avropa İttifaqının (Aİ) sanksiyaları "Sberbank", "Rosselxozbank", Moskva Kredit Bankı və Belarus İnkişaf və Yenidənqurma Bankının SWIFT-dən çıxarılmasını nəzərdə tutur.
Eləcə də bax: Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini - QƏBUL EDİB - SİYAHI
FED.az xəbər verir ki, Aİ öz ərazisində “Rossiya-24”, “RTR-Planeta”, “TV-Center” telekanallarının yayımını dayandıracaqdır.
Altıncı sanksiyalar paketinə Rusiya Federasiyası üçün konsaltinq, audit və PR xidmətlərinə qadağa daxildir, bulud xidmətlərinin göstərilməsini məhdudlaşdırır.
Aİ Şurası qeyd edib ki, Bolqarıstan və Xorvatiya Aİ-nin Rusiyadan neft və neft məhsullarının dənizə daşınmasına qadağasından müvəqqəti azadolmalar əldə edəcək. (Marja)