Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiq edib.
Eləcə də bax: ABŞ Quba rayonundan olan milyarderə - Sanksiya Tətbiq Etdi
FED.az Banker.az-a istinadən xəbər verir ki, razılaşdırılmış paket Rusiyaya təzyiqi artırmağa yönəlmiş bir sıra tədbirləri ehtiva edir.
Altıncı sanksiyalar paketinə aşağıdakılar daxil olub:
- Rusiyadan Aİ-yə xam neft və bəzi neft məhsullarının alınması, idxalı və ya daşınmasının qadağan edilməsi;
- Üç Rusiya bankının SWIFT sistemindən ayrılması: “Sberbank”, “Moskva Kredit Bank” və “Rosselxozbank”;
- Üç Rusiya KİV-nin yayımına qadağa: “Rusiya 24”, “RTR Planeta” və “TV-Tsentr”;
- Rusiyaya kimyəvi maddələrin (“kimyəvi silah istehsal etmək üçün istifadə edilə bilən 80 kimyəvi maddə”) və yüksək texnologiyalı malların idxalına qadağa;
- Rusiyaya mühasibatlıq, ictimaiyyətlə əlaqələr və konsaltinq xidmətləri, həmçinin bulud xidmətlərinin göstərilməsi qadağası;
- Şəxsi sanksiya siyahıları (Rusiya və Belarusun hüquqi şəxsləri daxildir).
Bir sıra Rusiya telekanallarının Aİ-də yayımına qadağa qoyulmasına baxmayaraq, onların əməkdaşları işlərinə davam edə biləcəklər.