Rusiya Federasiyasının Mərkəzi Bankı Rusiyanın xəritəsində yeni regionların olmadığı 100 rublluq əskinaslar buraxıb.
Rusiya Mərkəzi Bankı yeni 1000 rublluq əskinasın buraxılmasını dayandırıb
FED.az xəbər verir ki, bu barədə Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, siyasi ekspert Sergey Markov teleqram kanalında paylaşım edib.
Ekspertin yazdığına görə, Mərkəzi Bank bunu onunla izah edir ki, əskinaslar hələ bu regionların Rusiyaya birləşməsindən əvvəl çap edilib. Mərkəzi Bankın əskinasları məhv etməyə heyfi gəlib.
"Ukraynada bu, Rusiya hakimiyyətinin öz əhalisini bu regionların təslim olmasına hazırlaması ilə izah olunur. Qərbdə bunu onunla izah edirlər ki, Rusiya sülh danışıqlarını istəyir və Qərbdən sülh diləmək üçün bu regionları təslim etməyə hazırdır. Rusiyada bunu onunla izah edirlər ki, Rusiya hökumətində Qərbin çoxlu gizli və yarı məxfi tərəfdarları var", deyə Markov yazıb. (Apa)