Rusiya Mərkzi Bankı yeni 1000 rublluq əskinasın buraxılmasını dayandırmaq qərarına gəlib.
Vətəndaşlar özlərinə kredit qadağası qoyacaqlar – RUSİYADA YENİ QANUN
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, əskinasın dizaynına dəyişiklik ediləcək.
Xatırladaq ki, Rusiya Mərkəzi Bankı həmin əskinası oktyabrın 16-da təqdim edib. Onun arxa tərəfində 17-ci əsrdə tikilmiş Kazan Kremlindəki saray kilsəsi təsvir edilib. İndi binada Tatar Xalqının və Tatarıstan Respublikasının Dövlətçilik Tarixi Muzeyi yerləşir. Kilsənin günbəzində xaç yoxdur.