Rusiya Federasiyasının xarici borcu ötən ilin əvvəlindən 57 milyard dollar və ya 14,9% azalaraq yanvarın 1-nə 326,6 milyard dollar təşkil edib.
2023-də rubl 30 faizə yaxın - UCUZLAŞIB
FED.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı bildirir.
"2024-cü il yanvarın 1-nə Rusiya Federasiyasının xarici borcu 2023-cü ilin əvvəlindən 57 milyard ABŞ dolları və ya 14,9% azalaraq 326,6 milyard ABŞ dolları təşkil edib", - Bankın məlumatda deyilir.
Hesabat tarixinə xarici borc, beynəlxalq metodologiyaya uyğun olaraq, Rusiya Federasiyasının rezidentlərinin (kommersiya və dövlət qurumlarının) qeyri-rezidentlər qarşısında hesabat tarixinə hesablanmış əsas borc və faizlər şəklində cari qeyd-şərtsiz öhdəliklərinin ödənilməmiş məbləğini əks etdirir. (Marja)