Moskva Birjasında 2023-cü ticarət ili başa çatıb. Rusiyada Dolların məzənnəsi 2023-cü il ərzində 29,27% artaraq 90,36 rubl təşkil edib.
Bu valyuta 2023-də 55% dəyər itirərək dünyanın ən ucuz valyutalarından biri olub
FED.az xəbər verir ki, avro və yuan müvafiq olaraq 34,08% və 27,23% möhkəmlənib.
2023-cü ilin son iş günündə Moskva birjasında dolların ticarəti 90,36 rubl səviyyəsində bağlanıb, avronun yekun məzənnəsi 99,62 rubl, yuanın məzənnəsi isə 2,61 rubl olub. Bir il əvvəl, 30 dekabr 2022-ci ildə dollar ticarəti 69,9 rubl, avro 74,3 rubl, yuan 9,912 rubl səviyyəsində bağlanmışdı.
Ekspertlərin fikrincə, Rubl, idxalçılar tərəfindən valyutaya tələbin artması, ticarət balansının dəyişməsi və ixrac gəlirlərinin azalması səbəbindən ilin əksər hissəsində zəifləyib.
Rusiya fond bazarına gəlincə, 2023-cü ildə Moskva Birjasının İndeksi (IMOEX) 43,87% artım göstərərək 3099,11 bənd təşkil edib. RTS indeksi isə 11,63% artaraq 1083,48 bənddə bağlanıb. (Marja)