Rusiya Mərkəzi Bankının (Rusiya Bankı adlanır – FED.az) valyuta ehtiyatları yenidən artmağa başlayıb.
Eləcə də bax: "Neft və qaz gəlirləri kəskin şəkildə azalsa, biz nə edəcəyik?!"
FED.az xəbər verir ki, son bir həftə ərzində – iyunun 3-dən 10-dək Mərkəzi Bankın eştiyatları 3,3 milyard dollar və ya 0,6% artaraq 594,6 milyard dollara çatıb.
«Beynəlxalq eştiyatlar müsbət qiymətləndirmələr nəticəsində artıb»- deyə mərkəzi Bankın məlumatında bildirilir.
Xatırladaq ki, Rusiya Bankı gələcəkdə iqtisadi vəziyyət normallaşdıqca uçot dərəcəsini aşağı salacağını açıqlayıb.