Rusiya Mərkəzi Bankının məlumatına görə, noyabrın 1-nə Rusiyanın beynəlxalq ehtiyatları oktyabrın 1-dəki 540,7 milyard dollara qarşı 547,2 milyard dollar təşkil edib.
Eləcə də bax: Rusiya dollar və avrodan imtina edir – MƏŞHUR BANKİR BAKIDA AÇIQLADI
FED.az xəbər verir ki, oktyabrda ehtiyatlar 6,5 milyard dollar və ya 1,2% artıb.
Rusiya Federasiyasının beynəlxalq ehtiyatları (qızıl və valyuta) Rusiya Mərkəzi Bankının və hökumətin sərəncamında olan yüksək likvidli aktivlərdir.
2021-ci ildə Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 5,9% artaraq bu il yanvarın 1-nə 630,6 milyard dollar təşkil edib. Ehtiyatlar 18 fevral 2022-ci il tarixində 643,2 milyard dollara çatmışdı. (Marja)