Rusiyanın dollar və avrodan imtina etməsi artıq dönməz prosesdir.
Eləcə də bax: Kostin: “VTB Azərbaycanda mövcudluğunu saxlayacaq”
FED.az xəbər verir ki, bu barədə Bakıda keçirilən Avrasiya İqtisadi Forumunda çıxış edən Rusiyanın
«VTB Bank»ın rəhbəri Andrey Kostin bildirib
Onun sözlərinə görə, Rusiya Federasiyasının qızıl-valyuta ehtiyatlarının bir hissəsinin dondurulması «dollar mərkəzli qlobal iqtisadiyyatda heç bir dövlətin özünü tam qorunmuş hiss edə bilməyəcəyinə» sübutdur.
VTB rəhbəri Andrey Kostin deyib: «Rusiya üçün dollar və avrodan imtina artıq geridönməz prosesdir. Mövcud tendensiyanı nəzərə alsaq, ortamüddətli perspektivdə əsas xarici ticarət tərəfdaşlarımız Çin, Aİİ ölkələri, Türkiyə, Hindistan, Yaxın Şərq ölkələri olacaq. Şərq, Latın Amerikası və Afrika qitəsi. Bu qrup ölkələrlə milli valyutalara keçid bizim üçün ən mühüm prioritetdir», - deyə Kostin Bakıda keçirilən XV Verona Avrasiya İqtisadi Forumunun kuluarlarında çıxışı zamanı bildirib.
O əlavə edib ki, Rusiyanın qızıl-valyuta ehtiyatlarının bir hissəsinin dondurulması «dollar mərkəzli qlobal iqtisadiyyatda heç bir dövlət özünü tam qorunmuş hiss edə bilməyəcəyinə» sübutdur. Eyni zamanda, bankirin fikrincə, Rusiya səbirli olmalı və bütün səviyyələrdə tərəfdaşlarla dialoqda milli valyutalarda hesablaşmalar mövzusunu tədricən təbliğ etməlidir.