Azərbaycandakı fiziki şəxslərə cari ildə Rusiya Federasiyasından pul köçürmələrin həcmi 5.5 dəfə artıb.
Azərbaycana daxil olan dollar həcmi, çıxan valyutanı - 7,6 MİLYARD DOLLAR ÜSTƏLƏDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilir.
2022-ci illin ilk 3 rübü ərzində Azərbaycana xaricdən daxil olmuş fiziki şəxslərin pul baratlarının həcmi 2 milyard 779.26 milyon dollar olub ki, illik müqayisədə 3.6 dəfə artımdır.
Bunun da 81.6%-i Rusiyanın payına düşür. Rusiyadan Azərbaycan vətəndaşlarına 2 milyard 267.34 milyon dollarlıq pul baratları daxil olub. Öncəki illə müqayisədə 454% artım anlamına gəlir. Azərbaycandan isə bu ölkədəki fiziki şəxslərə 68.16 mln. dollar pul baratı köçürülüb.
ABŞ-dən Azərbaycandakı əhaliyə pul köçürmələrin həcmi isə illik müqayisədə 3 dəfəyə yaxın artmaqla ilin ilk 9 ayında 137.52 milyon manat olub.
Pul köçürmələrdə ən yüksək artım dinamikasına görə Almaniya, Sinqapur və Qətər xüsusi ilə fərqlənir.