Azərbaycan Mərkəzi Bankı 2022-ci il 9 ayı üzrə tədiyyə balansının göstəricilərini açıqlayıb.
Dövlət büdcəsində 3 milyard manatdan çox - ARTIQLIQ YARANIB
FED.az xəbər verir ki, 2022-ci ilin 9 ayı üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının əhəmiyyətli artımından təsirlənib. Yəni gəlirlərini artımının əsas səbəbi neft-qaz satışı və onun qiymətinin yüksək həddə olmasıdır.
Nəticədə tədiyyə balansının cari əməliyyatlar balansında $17,7 mlrd. profisit, kapital və maliyyənin hərəkəti hesabında isə $9,6 mlrd. kəsir yaranıb. Bununla da ehtiyat aktivləri $7,6 mlrd. artıb.
Sənəddə bildirilir ki, 2022-ci ilin ilk 9 ayı ərzində xam neftin orta qiyməti 107 dollar/barel olub, qeyri-neft-qaz ixracı isə 21,5% artaraq 2 milyard dollara yüksəlib.