Rusiya Bankı 2023-cü ilin oktyabrında min və 5 min rubl nominalında modernləşdirilmiş əskinasları təqdim etməyi planlaşdırır.
VTB-nin rəhbəri Rusiyadan rublun çıxarılmasına limit tətbiq etməyi - TƏKLİF EDİB
FED.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə müsahibəsində Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavini Sergey Belov deyib.
“Biz onu oktyabrda təqdim etməyi planlaşdırırıq. Ənənəyə uyğun olaraq, Qoznakla birgə mətbuat konfransı keçirəcəyik. Əskinaslar müasirdir - dünya tendensiyaları ruhunda”, - Belov bildirib.
Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavini qeyd edib ki, yenilənmiş 100 rublla müqayisədə min və 5 min rublluq əskinaslarda daha çox təhlükəsizlik elementləri olacaq.
“Bu, ümumi prinsipdir - nominal nə qədər yüksək olsa, təhlükəsizlik kompleksi bir o qədər mürəkkəbdir”, - o vurğulayıb. (Report)