Moskva etirbarlı tərəfdaş olan ölkələrlə rubl və digər milli valyutalarda hesablaşmalara keçidi sürətləndirməlidir.
Eləcə də bax: Rusiya banklarının nağd valyuta satışına - İCAZƏ VERİLİB
FED.az xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Putin iqtisadi məsələlərə həsr olunmuş iclas zamanı deyib.
O qeyd edib ki, "dost olmayan ölkələrin" Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlər yerli biznesin imkanlarına təsir edib, ixrac və idxal tədarükü logistikasını çətinləşdirib, hesablaşmaların aparılması üçün maneələr yaradıb.
"Sahibkarlarımıza bu problemlərin həllində maksimum kömək göstərmək, o cümlədən, rubl və etibarlı tərəfdaş ölkələrin milli valyutalarında ticarət hesablaşmalarına keçidi sürətləndirmək lazımdır", - V.Putin deyib. (Trend)