Rusiya Mərkəzi Bankı tənəzzül və pandemiya fonunda iqtisadiyyatda həcmi kəskin şəkildə artmış pul vəsaitlərinin hərəkətinə nəzarəti gücləndirərək ödəniş sistemləri bazarındakı "vintləri sıxmağa" davam edir.
Eləcə də bax: Rusiyada minimum əmək haqqı artdı – MƏBLƏĞ
FED.az xəbər verir ki, YuMoney (keçmiş Yandex.Money) və Qiwi-dən sonra dünyada 40 milyondan çox istifadəçisi olan və Rusiyada ildə 700 mindən çox əməliyyat həyata keçirən beynəlxalq WebMoney sistemi Mərkəzi Bankın məhdudiyyətləri ilə üzləşib.
Dekabrın 6-da WebMoney, rubl pul kisələri (WMP, WMR) sisteminin zamini və hesablaşma bankı Rusiya Federasiyası Mərkəzi Bankından elektron ödəniş vasitələrinin doldurulması və köçürülməsinin dayandırılması barədə əmr alıb.
6 aylıq sərəncam dekabrın 7-dən qüvvəyə minir. (Marja)