Rusiya prezidenti Vladimir Putin ölkədə minimum əmək haqqının artırılması barədə fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmana əsasən 2022-ci ildən etibarən aylıq minimum əmək haqqı 13 890 rubl müəyyən edilib. İndiki məzənnə (1 dolar – 74 rubl) ilə bu 186 dollar və ya 317 manat edir.
Hazırda Rusiyada minimum əmək haqqı 12 792 rubl və ya 173 dollar (294 manat) təşkil edir.