Rusiyada Oktyabrın 1-dən etibarən plastik kartlarındakı pullar sığortalanacaq.
VTB-nin rəhbəri Rusiyadan rublun çıxarılmasına limit tətbiq etməyi - TƏKLİF EDİB
FED.az xəbər verir ki, sığorta hadisəsi baş verərsə ölkə vətəndaşlarının 100 min rubla qədər itkiləri kompensasiya olunacaq.
Rusiya Mərkəzi Bankı qərara alıb ki, sığortanını qoruyacağı risklər toplusu yalnız kartın itirilməsi və ya zədələnməsi riskləri ilə məhdudlaşa bilməz. Lakin sığortanın qalan hissəsini tənzimləməyib. Məsələn, kart saiblərinin ən mühüm problemi fırıldaqçılıqdır. Tərəflər pulun fırıldaqçılıqdan sığortalayıb-sığortalamamaq barədə özləri qərar verməlidirlər. “Forbes”in sorğusuna qatılan sığortaçılar müştərilərin kartlarında olan pulları kütləvi şəkildə sığortalamağa hazır olduqlarına əmin deyillər.
Rusiya Mərkəzi Bankının statistikasına görə, fırıldaqçılar rusiyalılardan və Rusiya şirkətlərindən yanvar-mart aylarında təxminən 4,6 milyard rubl, aprel-iyun aylarında isə 3,6 milyard rubldan çox oğurlaya biliblər. Onlar bu vəsaitlərin əsas hissəsini - birinci rübdə 4,4 milyard rubldan çoxunu, ikinci rübdə isə 3,5 milyard rubldan çoxunu fiziki şəxslərdən "götürüblər". (Marja)