Rusiya vətəndaşları özlərinə kredit qadağası qoya biləcəklər.
Vətəndaş xəbərdarlıq etmədən krediti tamamilə və ya qismən qaytara biləcək - YENİ QANUN
FED.az xəbər verir ki, bununla bağlı Rusiya Parlamentinin aşağı palatasında – Dövlət Dumasında qanun layihəsi hazırlanıb.
Sənədə əsasən istənilən şəxs dövlət xidmətləri portalından istifadə etməklə özünə kredit qadağası qoya biləcək. Məqsəd fırıldaqçıların ayrı-ayrı şəxslərin şəxsi məlumatlarından istifadə etməklə onların adından kredit götürməsinə mane olmaqdır.
Sənədə əsasən istənilən vətəndaş dövlət xidmətəri portalından istifadə edətək banklara və mikromaliyyə təşkilatlarına (yəni məsələn BOKT-lara – FED.az) ona kredit verməyi, kredit və borc müqaviləsi bağlamağı qadağan edəcək. Bu qadağa dövlət portalında qeydiyyata alınacaq.
Banklar isə öz növbəsində kredit ayırarkən həmin portaladaxil olub qadağa olub-olmamasını yoxlayacaqlar - qadağa varsa kredit verilməyəcək.
Vətəndaşlar özlərinə qabağa qoyarkən seçim edə biləcəklər, məsələn avtomobil krediti və ya ipoteka kreditinə qadağa qoymaya bilərlər.
Rusiya Mərkəzi Bankının məlumatına görə, 2022-ci ildə fırıldaqçılar bank müştərilərnin 14,2 milyard rubl vəsaitini (177 milyon dollar) ələ keçiriblər. Bu 2021-ci illə müqayisədə 4,3% artıqdır.