Rusiyanın böyük bankları xarici valyuta almaq istəyənlər üçün məzənnəni kəskin qaldırıblar.
"Rubl dolları əvəz edə bilər" - "Rosneft"in rəhbəri
FED.az xəbər verir ki, onların bir çoxunda dollar 90 rublu, avro 100 rublu keçib.
"Rosbank" ən yüksək tarifləri təklif edir: Amerika valyutasını 105 rubla, Avronu isə 115 rubla satır.
Eyni zamanda, “Qazprombank”da dolları 97,3 rubla, avronu 104,3 rubla, “Rosselxozbank”da isə müvafiq olaraq 94,55 və 103,9 rubla almaq mümkündür. "Alfa Bank" Dolları 96 rubla, Avronu 106 rubla, "Unicreditbank" isə 95,05 və 102,74 rubla almağı təklif edir.
"Dolların rubla nisbətdə artması üçün heç bir obyektiv əsas yoxdur, valyuta bazarı tezliklə sakitləşəcək", - Dövlət Dumasının maliyyə bazarları üzrə komitəsinin rəhbəri Anatoli Aksakov ayrı-ayrı bankların məzənnələri artırmasını bizə şərh edib.
"Belə bir vəziyyətdə pul qazanmaq üçün valyutanı satmaq daha sərfəlidir", deyə deputat qeyd edib.
Eyni zamanda o qeyd edib ki, məzənnənin artması fonunda hazırda xarici valyuta almaq sərfəli deyil. (Marja)