Rusiyada əhalinin xarici valyutada əmanətləri son 15 ildə tarixi minimuma düşüb.
Rusiyada 1300 dollardan artıq pul köçürmələri üçün - BANK HESABI AÇILACAQ
FED.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının məlumatına görə, yanvarın sonuna banklardakı valyuta əmanətlərinin həcmi 53,7 milyard dollar olub. Bu 2008-ci ildən bəri ən aşağı göstəricidir.
Eyni zamanda bu göstərici açıqlanandan sonra məlum olub ki, Rusiyada valyutada əmanətlərin həcmi ardıcıl 8 aydır ki, dayanmadan azalmaqdadır.