Moskva birjasında dolların məzənnəsi 73,54 rubla qalxıb.
Rusiya İqtisadi İnkişaf Nazirliyindən 2023-də dolların neçə rubl olacağı barədə - YENİ PROQNOZ
FED.az xəbər verir ki, dolların məzənnəsi 15 qəpik artaraq 73,54 rubla, avronun məzənnəsi 43 qəpik artaraq 78,02 rubla, yuanın məzənnəsi isə 6 qəpik artaraq 10,73 rubla yüksəlib.
Ekspertlər bildirir ki, 2023-cü ilin əvvəlində rublun ucuzlaşması Rusiya nefti və neft məhsullarına qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar valyuta gəlirlərinin azalmasını əks etdirir.
2023-cü ilin ilin birinci yarısında Dollar/Rubl məzənnəsinin 70-75 rubl diapazonunda, ikinci rübündə isə 75-80 rubl diapazonunda olacağı proqnozlaşdırılır. Ekspertlər bildirir ki, rublun dinamikası ticarət balansındakı dəyişikliklərdən, yəni ixrac və idxalın necə olacağından asılı olmaqda davam edəcək. (Marja)