Rusiyanın İqtisadi İnkişaf Nazirliyi bu il dolların orta məzənnəsinin bir dollar üçün 70 rubl olacağını gözləyir.
2023-cü ildə 1 dolların 75 rubl civarında olacağı - GÖZLƏNİLİR
FED.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin birinci müavini İlya Torosov bildirib.
"Biz bir dollar üçün orta hesabla 70 rubl məzənnəsini gözləyirik - təxminən indi olduğu kimi", - Torosov nazirliyin 2023-cü ildə rublun hansı məzənnəsini proqnozlaşdırdıqları barədə suala cavabında deyib.
"İl üçün orta hesabla daha geniş diapazon (68-72 rubl) nəzərdə tutulur. Rublun zəifləməsində idxalın bərpası da rol oynayır. Bundan əlavə, neft və qaz gəlirləri, yəni ölkəyə daxil olan vəsaitlərin axını azalıb. Bu o deməkdir ki, iqtisadiyyata daxil olan dollar azalıb”, - deyə nazir müavini əlavə edib.
Onun sözlərinə görə, bir dollar üçün 70 rubl səviyyəsi iqtisadiyyat üçün balansdır: "60 rubl qəti şəkildə ixracatçılar uyğun gəlmir - o zaman onların biznesi gəlirsiz olur. Bundan əlavə, büdcə güclü rubldan əziyyət çəkir".
İqtisadi İnkişaf Nazirliyinin əvvəlki proqnozuna görə, il ərzində dolların orta məzənnəsinin 1 dollar üçün 68,3 rubl olacağı gözlənilirdi.
Rusiyanın İqtisadi inkişaf naziri Maksim Reşetnikov yanvarın əvvəlində demişdi ki, nazirlik mart-aprel aylarında cari və sonrakı illər üçün yenilənmiş makroproqnoz məlumatlarını təqdim edəcək.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin hesablamalarına görə, 2023-cü ildə Rusiyada inflyasiya 5-6% diapazonunda olacaq.
"Qiymət artımı üzrə 2023-cü il üçün proqnoz 5-6% civarındadır. Bu, orta göstəricidir və göstərici müxtəlif sektorlarda əhəmiyyətli dərəcədə fərqli ola bilər", - Torosov bildirib. (Marja)