Moskva birjasında dolların qiyməti 99 rubla çatıb.
Mərkəzi Bank işə qarışmasa Rusiyada - 1 DOLLAR - 120 RUBL OLACAQ
FED.az xəbər verir ki, bu səviyyə 25 mart 2022-ci ildən bəri ilk dəfədir.
10 gün ərzində Amerika valyutası Rusiya valyutası qarşısında 6,67 rubl (+7,22%) dəyər qazanıb.
Avronun məzənnəsi isə 109 rublu keçib. (Marja)