Rusiya Bankının müdaxiləsi olmasa dolların hansı səviyyəyə qalxacağı açıqlanıb.
FED.az xəbər verir ki, Rusiyalı analitiklər Mərkəzi Bankın müdaxiləsi olmasa dolların 120 rubladək bahalaşacağını bildirirlər.
Maliyyə analitiki Sergey Drozdov iddia edir ki, dollar son vaxtlar dönməz şəkildə yüksəlir, onun səviyyəsi artıq psixoloji həddi keçib, Rusiya Bankının rublu dəstəkləmək qərarları olmasa, ABŞ valyutası 120 rubla qədər arta bilər.
Onun sözlərinə görə, dolların artımı davam edir və nə qədər ki, monetar qurumların nümayəndələri önə çıxmayıb, yəqin ki, geriyə dönüşlər olmayacaq.
Ekspert iddia edir ki, dollar üçün tarixi maksimumun 121,5 rubl səviyyəsində yenilənməsinin olacağını dəqiq söyləmək mümkün deyil.
"İndiyə qədər 2014 və 2016-cı illərlə analoji vəziyyət yaranmışdı: 2014-cü ildə dollar maksimum 80,1 rubla, 2016-cı ildə isə demək olar ki, 86 rubla çatıb", - Drozdov bildirib.
Bundan əvvəl məlum olmuşdu ki, avqustun 4-də keçirilən hərrac zamanı dollar 96 rubla qalxıb.
Sovcombank-ın baş analitiki Mixail Vasilyev isə bildirib ki, indiki şərtlərdə 1 dolların məzənnəsi 100-110 rubl arasında dəyişə bilər.
Onun sözlərinə görə, belə bir ssenari ilə dolların milli valyutaya nisbətdə artımı ilin əvvəlindən 43%, noyabrdan isə 64% olacaq.
Ekspertlər bildirir ki, neftin qiymətinin kəskin ucuzlaşacağı, yəni 70 dollardan aşağı düşəcəyi halda 1 dollar 100 rubl və 1 avro 110 rubl səviyyələrinə yaxınlaşa bilər.
Xatırlaaq ki, avqustun 10-da Rusiyada dolların məzənnəsi 97,6 rubl, avro isə 107,3 rubl təşkil edib.