Rusiya Maliyyə Nazirliyi 10 aylıq büdcə kəsirini açıqlayıb.
Rusiya Mərkəzi Bankı faizini - DAHA DA ARTIRDI
FED.az xəbər verir ki, 2023-cü ilin 10 ay ərzində Rusiya Federasiyasının icmal büdcəsinin kəsiri 1,235 trilyon rubl təşkil edib.
Maliyyə Nazirliyinin ilkin məlumatlarına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya Federasiyasının icmal büdcəsinin kəsiri 1,235 trilyon rubl və ya ÜDM-in 0,7%-i təşkil edib. Bu barədə nazirliyin saytında məlumat verilir.
Hazırki məzənnəni (1 dollar = 92 rubl) nəzərə alanda bu 13,4 milyard dolar kəsir olması deməkdir.
10 ay ərzində büdcə xərcləri gəlirləri 1,235 trilyon rubl üstələyib və 23,1 trilyon gəlirə qarşı 24,3 trilyon rubl təşkil edib.
Bununla yanaşı, ayrıca olaraq oktyabrda federal büdcədə profisit yaranıb. 2022-ci ilin eyni dövrü ilə müqayisədə gəlirlər 4,4%, xərclər isə 11,7% artıb. Neft və qaz gəlirləri azalıb, qeyri-neft və qaz gəlirləri isə 28,7% artaraq 15,8 trln rubl olub.
Xatırladaq ki, Rusiyada 2023-cü ilin büdcəsində kəsir 2,9 trilyon rubl səviyyəsində nəzərdə tutulub. Maliyyə Nazirliyinin proqnozlarına görə, kəsir növbəti üç ildə də davam edəcək, lakin ÜDM-in 1%-ni keçməyəcək.