Rusiya Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 2,00 faiz bəndi artırılaraq 13%-dən 15%-ə qaldırılması barədə qərar qəbul edib.
"Rubl ən azı oktyabrın sonunadək bahalaşmaqda davam edəcək"
FED.az xəbər verir ki, bazarlarda Rusiya Mərkəzi Bankının 1,00 bənd faiz artıracağı gözlənilirdi.
İyul ayından etibarən Rusiya Mərkəzi Bankı sürətlənən inflyasiya ilə mübarizə üçün uçot dərəcəsini artırmağa başlayıb. Rusiya Mərkəzi Bankı uçot dərəcəsini iyul ayında illik 7,5%-dən 8,5%-ə qaldırmışdır. Avqustda isə dollar 100 rubl həddini keçdikdən sonra növbədənkənar iclasda uçot dərəcəsini 3,50 bənd artıraraq 12%-ə çatdırmışdır. Sentyabrın 15-də keçirilən iclasda isə Rusiya Mərkəzi Bankının İdarə heyəti uçot dərəcəsini 1,00 faiz bəndi artıraraq illik 12%-dən 13%-ə yüksəltmişdir. (Marja)