Rusiyada Qərbin sanksiyalarından sonra yaranan vəziyyət – gəlirlərin azalması, işsizliyin artması və alıcılıq qabiliyyətinin aşağı düşməsi bankların öz problemli kredit portfellərinə yenidən baxmağa vadar edib.
Eləcə də bax: Rusiya banklarının nağd valyuta satışına - İCAZƏ VERİLİB
FED.az xəbər verir ki, banklar problemli kreditdəri kollektorlara daha ucuz qiymətə satmağa başlayıblar. Doğrudur, hələlik Rusiya bazarında kreditlərin əksəriyyətini yenə də banklar özü toplayır – borcların cəmi 5-6%-i kollektorlara ötürülüb. Bununla yanaşı, son ay yarımda – yəni Ukrayna ilə müharibə başlayandan bəri, kollektorlara ötürülən borcların qiyməti də aşağı düşüb.
Rusiyada borcların satışı üzrə onlayn-satış sistemi olan Debex-də satışa çıxarılan problemli kredit portfellərinin qiyməti 30-50% azalıb. Debex-in derektoru Aleksandr Danilov izah edir ki, borcların sahibləri (yəni onları satışa çıxaranlar) onun qiymətini ona görə azaldır ki, alıcıların çətinliyi olacağını başa düşür. Məsələ bundadır ki, alıcılıq qabiliyyətinin aşağı düşməsi kreditlərin qaytarılmasını çətinləşdirir və kollektorlar üçün borcları toplamaq əvvəlkindən daha çətin olacaq.