Rusiya Mərkəzi Bankı əlavə sənədlər tələb etməyən xaricə ödənişlərin maksimum məbləğini 200 mindən 600 min rubla qədər artırmağı planlaşdırır.
Eləcə də bax: Rusiya şirkətləri rekord məbləğdə dividend - ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, bu barədə bazar günü “İzvestiya” qəzeti Rusiya Federasiyası Mərkəzi Bankının sənədlərinə istinadən məlumat yayıb.
Mərkəzi Bankdan “İzvestiya”ya verilən məlumata görə, hazırlanmış düzəlişlər rezidentlərin, o cümlədən xarici ticarət iştirakçılarının yükünü yüngülləşdirməyə yönəlmiş valyuta nəzarəti tələblərinin liberallaşdırılması istiqamətində növbəti addımdır. Dəyişikliklərə görə, əməliyyat üzrə banklara sənədlərin təqdim edilməsi tələbinə tabe olmayacaq əməliyyat məbləğinin yuxarı həddi 200-mindən 600 min rubla qədər artırılır.
Dəyişikliklər artıq hazırlanıb: onların yaxın gələcəkdə qüvvəyə minməsi gözlənilir. Rusiya Bankı bunun dəqiq nə vaxt baş verəcəyini dəqiqləşdirmədən bildirib.
Hazırda rezidentlər sənədləri təqdim etmədən 200 min rubla qədər valyuta əməliyyatları apara bilərlər. Rusiya Vəkillər Kollegiyasının üzvü Timur Eşpulatov “İzvestiya”ya xatırladıb ki, bu hədd 2003-cü ildə qoyulub. Ekspert vurğulayıb ki, bank hüquqi şəxslərin digər banklardakı hesabları ilə apardığı əməliyyatlara nəzarət edə bilməz. Lakin bu qayda fiziki şəxslərə və fərdi sahibkarlara şamil edilmir. (Marja)