Rusiya Mərkəzi Bankı martın 9-dan sentyabrın 9-dək xarici valyutada satışların dayandırılacağını açıqlayıb.
Eləcə də bax: Rusiyadan «dost olmayan» ölkələrə - XOŞAGƏLMƏZ «RUBL SÜRPRİZİ»
FED.az Rusiya Mərkəzi Bankının yaydığı məlumata istinadən xəbər verir ki, iqtisadiyyatdakı son vəziyyət nəzərə alınaraq belə bir qərar qəbul edilib.
Qərara görə, banklar 9 mart-9 sentyabr tarixləri arasında xarici valyutada satış etməyəcəklər.
Açıqlamada qeyd olunub ki, əmanətçilərin xarici valyutada vəsait çıxarmaq limiti də maksimum 10 min dollara qədər müəyyən olunub və əmanətçilər bundan yuxarı olan məbləğləri yalnız Rusiya rublu ilə çıxara bilərlər. (Marja)