Martın 4-dən Rusiya Mərkəzi Bankı fiziki şəxslər üçün brokerlər vasitəsilə xarici valyutanın alınması əməliyyatları üzrə komissiyanı 30%-dən 12%-ə endirir.
Eləcə də bax: Rusiya Mərkəzi Bankı ölkədən pul köçürmələrinə - 5 MİN DOLLAR LİMİT QOYDU
FED.az Banker.az-a istinadən xəbər verir ki, requlyator hüquqi şəxslər üçün brokerlər vasitəsilə valyuta alışı üçün komissiya tətbiq edir. Bu əməliyyat məbləğinin 12% səviyyəsindədir.
Qeyd edək ki, martın 3-dən etibarən RMB brokerlərə birjadan dollar, avro və funt sterlinq alan fiziki şəxslərdən əqdin dəyərinin 30%-i qədər komissiya tutmaq barədə təlimat verilmişdi.