Rusiya Federasiyası Mərkəzi Bankı bir sıra ölkələrdən qeyri-rezidentlərin hesablarından xarici hesablara köçürmələri müvəqqəti dayandırıb, həmçinin qeyri-rezidentlər üçün hesab açmadan köçürmə aylıq 5 min dollar məbləğində məhdudlaşdırıb.
Eləcə də bax: Azərbaycanın əksər bankları Rusiyadan pul köçürmələrini - DAYANDIRIB
FED.az xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat xidmətindən bildirilib.
“Rusiya maliyyə bazarından vəsaitlərin çıxarılmasının qarşısını almaq və maliyyə sabitliyini qorumaq məqsədilə Rusiya Mərkəzi Bankı bir sıra ölkələrdən hüquqi və fiziki şəxslərin (qeyri-rezidentlərin) hesablarından xaricdəki hesablara köçürmələri müvəqqəti dayandırıb. Bundan əlavə, qeyri-rezidentlər üçün hesab açmadan köçürmələr ayda 5000 ABŞ dolları və ya bu ekvivalentlə məhdudlaşdırılır”, - deyə Mərkəzi Bankdan bildirilib.
"Bu məhdudiyyət Rusiya vətəndaşlarına, eləcə də MDB ölkələrindən olan xarici vətəndaşların böyük əksəriyyətinə şamil edilmir", - tənzimləyici əlavə edib.(Marja)