Rusiya Mərkəzi Bankı xaricə pul köçürmələri üzrə limiti ayda 1 milyon dollara qədər artırıb.
Eləcə də bax: Bank rəsmisi: "Rusiya-Ukrayna müharibəsi pul köçürmələrinə problem yaradır"
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “İnc.ru” məlumat yayıb. Xatırladaq ki, daha əvvəl bu məbləğ 150 min dollar olub. Mərkəzi Bank bu addımı “daxili valyuta bazarında sabit mövqe tutduğuna görə atıb”,
Rusiyadan xaricə köçürmələrə məhdudiyyətlər Ukraynada başlayan müharibə donunda tətbiq edilib. Martın əvvəlində Mərkəzi Bankı ölkədən ayda 5 min dollardan artıq vəsaitin çıxarılmasına qadağa qoyub, sonra bu limit bir neçə dəfə artırılıb.
Söhbət Rusiya bankındakı hesabından xaricdəki öz hesaba köçürmələrdən gedir.